SOCAR-a məxsus kran dənizə aşdı - Briqadir öldü

Qəzalar 27 İyul 2016 11:58 Oxunub 2116
SOCAR-a məxsus kran dənizə aşdı - Briqadir öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb

“Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib. Avtosfer.az SOCAR-ın saytına istinadən xəbər verir ki, ötən gün  saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb. 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh