Daşqın və torpaq sürüşməsi 33 nəfərin həyatına son qoydu - VİDEO

Gündəm 27 İyul 2016 12:13 Oxunub 1116
Daşqın və torpaq sürüşməsi 33 nəfərin həyatına son qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerli əhali təbii fəlakətin hökm sürdüyü əraziləri tərk etmək məcburiyyətində qalıb

Nepalda leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 33-ə çatıb, 23 nəfər isə itkin düşüb. Avtosfer.az xəbər verir ki, ölənlər arasında ən azı iki uşaq da var. Onlar paytaxt Katmandu şəhərindəki məktəb binasının uçması nəticəsində həlak olublar. İyulun 26-dan başlayan leysan yağışları Nepalın bir neçə rayonunda daşqına və torpaq sürüşmələrinə səbəb olub. Yerli əhali təbii fəlakətin hökm sürdüyü əraziləri tərk etmək məcburiyyətində qalıb. Çay sahillərində yerləşən bir çox tikili dağılmaq təhlükəsi ilə üzləşib. Qonşu rayonlarda xidmət edən polis bölmələri zərər çəkən insanlara yardın etmək məqsədilə daşqının baş verdiyi ərazilərə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh