Yol polisi rəisi işdən çıxarıldı - Nöqsan aşkarlanıb

Yol polisi 27 İyul 2016 12:14 Oxunub 15393
Yol polisi rəisi işdən çıxarıldı - Nöqsan aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoxlamalar nəticəsində Dövlət Yol Polisinin fəaliyyətində nöqsanlar aşkar edilib

Ötən gün xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən Ağcabədi Rayon Polis Şöbəsində yoxlama aparılıb. Avtosfer.az azvision.az-a istinadən məlumatına görə, yoxlamalar nəticəsində Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilib. Nəticədə Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib. Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur. D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh