Hava yağmurlu olacaq, şimşək çaxacaq

Gündəm 28 İyul 2016 00:13 Oxunub 1289
Hava yağmurlu olacaq, şimşək çaxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir

İyulun 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

İyulun 28-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh