Nasaz avtobusların xəttə buraxılmasına niyə göz yumulur? - VİDEO

Qaydalar 27 İyul 2016 23:40 Oxunub 1931
Nasaz avtobusların xəttə buraxılmasına niyə göz yumulur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər avtobusu itələyir, sürücü isə açarı o tərəf bu tərəfə çevirir

Sərnişinlər avtobusu itələyir, sürücü isə açarı o tərəf bu tərəfə çevirir. Məqsəd yolda xarab olan avtobusu işə salmaqdır. Kadrlar ötən gün Bakıda çəkilib. Xarab olaraq yolda qalan avtobusun sürücüsü sərnişinlərdən kömək istəyib. Ancaq onlar nə qədər çalışsalar da avtobus işə düşməyib. Ümumiyyətlə son zamanlar belə hallara tez-tez rast gəlinir. Bu isə "bənzər hallarda nə edilməlidir" sualını ortaya çıxarır.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova deyir ki, qaydalara görə, hər hansı bir marşrut avtobusu xarab olursa, mütləq sərnişinlər həmin avtobusdan düşürülməli və xəttə olan digər avtobusa mindirilməlidir. Həmçinin sərnişinlər nasaz vəziyyətə düşən avtobusun sürücüsünə ödəniş də etməməlidir. Sərnişinlər ödənişi sadəcə sonuncu mindiyi avtobusa etməlidir. 

Bəs görəsən avtobus sürücüləri bu tələbə əməl edirlərmi?

Bəzi sərnişinlər isə belə hallarda sürücülərin rəftarından narazıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh