Avtobusu qapısı açıq sürdü, faciə baş verdi - VİDEO

Qaydalar 30 İyul 2016 00:39 Oxunub 2820
Avtobusu qapısı açıq sürdü, faciə baş verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda fəaliyyət göstərən əksər sürücülər avtobusları qapısı açıq idarə edir

Avtobusun qapısı açıq qaldığından sərnişinin ölümü ilə nəticələnən qəza baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə bir neçə gün əvvəl Paytaxtın Suraxanı rayonunda marşrut avtobuslarından birində olub. Bu problem avtobuslarda sərnişinlərin təhlükəsizliyi məsələsini bir daha aktuallaşdırır. Bu məqsədlə də paytaxt ərazisində çəkiliş apardıq. Müşahidə zamanı bir çox sürücünün avtobusu qapısı açıq idarə etdiklərinin şahidi olduq. 38, 171, 172, 139 saylı marşurtlarda sürücülər sərnişinlərin həyatını təhlükəyə ataraq avtobusu qapısı açıq vəziyyətdə idarə edir. Sürücülərə "niyə qapını açıq vəziyyətdə sürürsən" sualını verdikdə isə bunu sərnişinlərin tələb etdiyini deyirlər. Kondisioneri olmayan avtobus sürücüləri havaların isti keçməsini səbəb gətirib qapını bağlamırlar.

Bu məsələ həm “Yol hərəkəti haqqında” qanunda, həm də Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin vəzifələri təsbit olunub.

Sərnişinlər tam dayanmayan avtobusa minməyə cəhd etməməlidir. Qapısı açıq avtobusu idarə edən sürücülər isə cərimə oluna bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh