Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB

Yarışma 2 Avqust 2016 15:02 Oxunub 2280
Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?

A) Bütün istiqamətlərdə;

B) Yalnız sola;

C) Yalnız düzünə;

D) Düzünə, sola və ya geriyə.

Sualın doğru cavabı belədir:  Şəkildəki 5.10.3 nişanı kəsişən yolda sola istiqamətlənən birtərəfli hərəkət olduğunu və nəqliyyat axınına qarşı ümumi istifadədə olan nəqliyyat vasitəsi (avtobus) üçün xüsusi zolağın olduğunu bildirir. Başqa sözlə, bu yolayrıcında digər nəqliyyat vasitələrinin sağa dönməsi qadağandır. Deməli, sualın doğru cavabı “D” variantı olacaq: Sürücü bu yolayrıcında hərəkətini düzünə, sola və ya geriyə davam etdirə bilər.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru *3636 Ayıq sürücü xidmətidir. 24 saat xidmətinizdə olan *3636 təhlükəsiz sürücüləri və sığortalı işi ilə xidmətinizdədir. *3636-dan hədiyyəni əldə etmək üçün 055 332 67 67 nömrəsinə zəng etmək xahiş olunur.

 

 http://avtosfer.az/upload/news/a74bf0.jpg

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh