Avtobuslarda vahid kart sisteminin tətbiqi alınmadı - RƏSMİ

Texnologiya 17 Avqust 2014 23:50 Oxunub 2219
Avtobuslarda vahid kart sisteminin tətbiqi alınmadı - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyib

“Azərbaycan Nəqliyyat Nazirliyinin (NN) tərəfindən Bakı Metropoliteni ilə birgə tətbiq edilməsi nəzərdə tutulan nəqliyyatda vahid kart sisteminin tətbiqi mümkün olmayacaq". Bunu açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyib. O bildirib ki, buna səbəb metronun tam ayrı struktur olması və orada tətbiq olunan kart sisteminin tamamilə fərqli formada calışmasıdır. N.Həsənov sözlərinə görə, əvvəlcə metro kartlarının ictimai nəqliyyatda da tətbiq olunması nəzərdə tutulub: “Lakin hazırda bu mümkün deyil. Çünki hər iki qurumda kartların tətbiq olunduğu texnologiyalar fəqlidir. Yeni quraşdırılan validatorlar master kart vasitəsi ilə idarə olunur. Avtobuslar üçün nəzərdə tutulan kartlardan yalnız taksilərdə, ictimai-iaşə müəssələrində və avtobuslarda istifadə etmək olar"

Nazirlik sözçüsü onu da əlavə edib ki, bu strukturlarda kart sisteminin tətbiqinin 2015-ci ildə tam yekunlaşması nəzərdə tutulur. APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh