Azərbaycan yeni sərnişin avtobusları əldə edəcək

Avtobazar 18 Avqust 2014 11:27 Oxunub 1729
Azərbaycan yeni sərnişin avtobusları əldə edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Payızında Bakıya yüzlərlə sərnişin avtobusu gətiriləcək

Sərnişin daşımalarını yüksək səviyyədə təmin etmək üçün cari ilin payızında Bakıya yüzlərlə sərnişin avtobusu gətiriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov paytaxtın avtobus parkının yenilənməsi zərurəti haqqında suala cavab verərkən deyib. Onun sözlərinə görə, yeni avtobuslar gətirildikdən sonra texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrini əvəzləmək imkanı olacaq. N.Həsənov qeyd edib ki, avtobus parkının yenilənməsi üzrə işlər davam edir və artıq payızda bir neçə yüz avtobusun gətiriləcəyi gözlənilir: "Onlar texniki baxımdan qənaətbəxş vəziyyətdə olmayan avtobuslarla əvəz ediləcəklər".

Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox avtobus fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycana təqribən 8 milyon manat dəyərində 167 avtobus idxal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh