Avtomobil biznesində geriləmə davam edir

Avtobazar 18 Avqust 2014 15:36 Oxunub 1759
Avtomobil biznesində geriləmə davam edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BU, AVRO-4 STANDARTINA KEÇİD VƏ KREDİTLƏRİN SƏRTLƏŞDİRİLMƏSİ İLƏ BAĞLIDIR

2014-cü ilin yanvar-iyul  ayları ərzində Azərbaycana 38 338 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verilir ki, Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 34,2 faiz azdır. Belə ki, ötən ilin 7 ayı ərzində Azərbaycana 58 258 avtomobil gətirilib. Yanvar-iyul ayları ərzində 198 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 34 618 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri,  3263 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 259 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Bu ilin 7 ayı ərzində minik avtomobillərinin idxalı 34,3 faiz, yük avtomobillərinin idxalı isə 27,3 faiz azalıb.Yanvar-iyulda ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların idxalı 63,5 faiz, xüsusi təyinatlı avtomobillərin idxalı isə 297 ədəd və ya 53,4 faiz  azalıb.

Qeyd edək ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid və kreditlərin sərtləşdirilməsi ilə bağlıdır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh