Azərbaycanın şosse velosipedçisi Rio-2016-da 35-ci yeri tutub

Yarışma 8 Avqust 2016 00:58 Oxunub 1604
Azərbaycanın şosse velosipedçisi Rio-2016-da 35-ci yeri tutub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışda 68 velosipedçi 136,9 km. məsafəni qət etməyə çalışıb

Azərbaycanın şosse velosipedçisi Yelena Pavluxina 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qadınlar arasında mübarizəyə qatılıb. Yarışda 68 velosipedçi 136,9 km. məsafəni qət etməyə çalışıb. İdmançılardan yalnız 50-si bunu bacarıb. Onların arasında Pavluxina da yer alıb. 27 yaşlı idmançı finişə 3 saat 59,05 saniyəyə çataraq, 35-ci olub. Hollandiyalı Anna van der Breggen (3:51.27) qızıl, isveçli Emma Yohansson (3:51.27) gümüş, italiyalı Eliza Lonqo Borgini (3:51.27) bürünc medal qazanıb.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh