"Tesla" avtopilot rejimdə qəza törətdi - VİDEO

Avtoreyd 11 Avqust 2016 16:42 Oxunub 4103
"Tesla" avtopilot rejimdə qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü şikayət edir, şirkət isə onu günahkar sayır

Çində amerika şirkətinin istehsalı olan "Tesla" avtomobili avtopilot rejimində ilk yol qəzası törədib. Avtomobilin 33 yaşlı zərərçəkən sürücüsü hadisəni belə xatırlayır: "İşə gedirdim və avtomobili avtopilot rejiminə qoymuşdum. Avtomobilin videomüşahidə kamerasına düşən görüntülər də göstərir ki, "Tesla" dayanmış maşını vurur. Nəticədə digər avtomombilin şüşüəsini qırılır, hər iki avtomobildə cızıqlar yaranır". Çinli avtomobil sahibi avtomobil şirkətini günahlandırıb və öz avtomobilinin imkanlarını qiymətləndirdiyini vurğulayıb.

Şirkət öz növbəsində bildirib ki, sürücü qəzanın baş verdiyi zaman sükanı tutmayıb və qəzadan qaçmağa belə cəhd etməyib. Şirkətin nümayəndəsi vurğulayıb ki, avtomobil avtopilot rejimdə olsa belə sürücü sükana nəzarət etməlidir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh