Şok kadırlar: vuruldu, qarət olundu, öldü – VİDEO+FOTO

Avtoreyd 12 Avqust 2016 12:50 Oxunub 5299
Şok kadırlar: vuruldu, qarət olundu, öldü – VİDEO+FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
90 dəqiqə köməksiz qalan piyada qan itirmə səbəbindən ölüb

Hindistanın Dehli şəhərində, insan qanını donduran qəzanın görüntüləri yayılıb. Belə ki, motosikletçi yolda gedən piyadanı vurur və piyada zərbənin şidətindən yol kənarına yıxılır. Motosiklet sürücüsü yerə yıxılan piyadaya yaxınlaşır sonra heç nə olmamış kimi motosikletinə minib hadisə yerindən uzaqlaşır. Yerdə qanlar içində qalan piyadaya yoldan keçən insanların heç biri kömək etmir. Yoldan keçən digər motosikletçinin sərnişini yerdə qan içində qalan piyadanın mobil telefonunu və bəzi əşyalarını götürərək ərazidən uzaqlaşır. Verilən məlumata görə, 90 dəqiqə köməksiz qalan piyada qan itirmə səbəbindən ölür. 

O qan donduran qəzanın görüntüləri müşahidə kamerası tərfindən anbaan qedə alınıb.

Avtosfer.az həmin görüntünü təqdim edir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh