40 manat cərimə olunmaq istəməyənlər mütləq baxsın – VİDEO

Qaydalar 29 Avqust 2016 23:12 Oxunub 87287
40 manat cərimə olunmaq istəməyənlər mütləq baxsın – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməmək budur

Bəzən sürücülər yol polisi əməkdaşları tərəfindən nə üçün cərimə edildiklərini tam başa düşə bilmirlər. Avtosfer.az-a müraciət edən bir çoxları soruşur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etməyə görə cərimə düşürmü? Ümumiyyətlə, nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməməyə görə 40 manatlıq cərimə nə ilə bağlıdır? Avtosfer.az bu və digər suallara cavab verərkən həm də maraqlı bir videonu təqdim edir. Avtosfer.az-ın sürücüsünün hazırladığı bu videoda yolda hərəkət qaydaları izah olunur. Diqqət edirsinizsə, sürücü əsasən yolun sağ zolağı ilə hərəkət edir. Çünki sağ zolaq boşdur. "Yol hərəkəti haqqında" qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Həmin maddədə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi dedikdə həm də bu xəta nəzərdə tutulur. Bunu həm də 3 zolaqlı yolda 4-cü zolaq yaradanlara da aid etmək olar. Bizim sürücünün hazırladığı videodan da görünür ki, sürücü qaydalara uyğun hərəkət edir, sol zolağa isə yalnız ötmə əməliyyatı apararkən çıxır. Ötməni başa çatdırdıqdan sonra isə yenidən sağ zolağa qayıdır.

Yeri gəlmişkən, ötmə ilə bağlı bəzi sürücülər kobud səhvə yol verir. Əksər sürücülər ötməyə başladığı nəqliyyat vasitəsinə həddindən artıq yaxınlaşırlar və hətta bəzən 1-2 metr ara məsafəsindən ötməyə başlayırlar. Lakin diqqət edirsinizsə, bizim sürücü normal ara məsafəsi saxlayıb və ötməyə də ən azı 15-metr məsafədən başlayır. Qaydalar belə tələb edir. Lakin səhvən yaxın məsafədən ötməyə başlayanlar bilməlidirlər ki, həmin anda qarşıdakı nəqliyyat vasitəsi qəflətən tormoz versə, onun qarşısında hər hansı bir maneə olsa ötməyə başlayan sürücü bunu görə bilməyəcək. 

Videoda bir neçə sürücünün bu qaydalara əməl etmədiyi açıq-aydın görünür. Bəlkə də, sürücülərimizin yarıdan çoxu elə bu qaydada maşın sürür. Lakin bu, səhvdir və təhlükədir. Ən yaxşı halda isə cərimə ilə bitə bilər…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elchin 6 Dekabr 2020 10:36
Salam menim sualim var. Meni yol polisi svetofordan sola donduyum ucun 40 manat cerime etdi. Svetoforda duzune ve saga niwani var idi. Men deyende ki , svetofor iwleyende niwanlar quvveden duwur. Dedi ki bu niwanlara aid deyil. Xahiw edirem mene melumat vererdiz. Eslinde necedir.327.1 maddede aydin bawa duwmedim. Onceden tewekkur edirem
Serdar 30 Avqust 2016 03:15
Siz ise buyurun Madde 49 V ve VI nezer yetirin. Sizin, sizlerin qeyd etdiyiniz cerime Madee 49 I bendine esaslanir ve burda suphe yoxdur, beli bu I bende gore sag zolaq bow oldugu halda sol zolaq ile hereket etmek qadagan olunur AMMA burda 3 meqam da gosterilir:1 bu aiddir 5.1 niwani ile niwanlanmiw yollara;2 bu aiddir 5.3 niwani ile niwanlanmiw yollara;3 veziyyetden asili olaraq, yeni NORMAL hereket zamaniV ve VI bendlerinde hemin veziyyetden asili olaraq terminine aydinliq getirilir. Yollardaki hereket veziyyeti dedikde iki anlam nezerde tutulur - NORMAL hereket veziyyeti ve INTENSIV hereket veziyyeti. Burda yeni esas nezerde tutulan yolun ADI veya SURET yolu olub olmamasidir, sadece bizim aidiyyati qanunvericilikde bu terminler evezine NORMAL ve INTENSIV terminleri iwledilir. Indi, NORMAL ve INTENSIV terminlerini anlayandan sonra, kecek cerimenin esaslandigi Madde 49un aciqlamasina. I bend haqqinda danisdig ve eger surucu bu bendde qeyd edilen veziyyetde yeni NORMAL hereket yolunda bu bendin wertlerine emel etmeyibse beli, 40 manat cerime haqqli ve qanuni olaraq yazilib. AMMA, eger surucu hemin maddenin V ve VI bendlerinde qeyd edilen veziyyetde yeni INTENSIV hereket yolunda bu bendin wertlerine emel edibse, onu bu cerime ile cerimelek artiq surucunun yox, cerime yazan emekdawin qayda pozuntusudur. Indi baxaq V ve VI bendlerin aciqlamasina.V bendde 3.5 tondan az olan neqliyyat vasitelerinin sag kenar zolagda getmelerinin ohdeliye alinmasi werti kimi, hemin neqliyyat vasitelerinin asagi SURET ile hereket edirlerse kimi qeyd edir. Yeni, bir istiqametde 3 ve daha artiq zolaqli yollarda, INTENSIV hereket zamani yeni SURET yollarinda mawin eger asagi suretle gedirse onda sag zolaqla hereket etmelidir!!! Bu ise o demekdir ki, madde 49 V bendi, bu tip yollarda ve bu tip veziyyetde neqliyyat vasitelerini, sag zolaq hetta bow oldugu halda diger zolaqlarda hereketi davam etdirmeyi qadagan etmir, yeni eger senin suretin bu yoldaki veziyyete esasen asagi suret deyilse, sen sag zolaqla hereket etmiye bilersen - tekraren deyek, BU TIP yollara wamil olunur, bu tip veziyyetlere wamil olunu. Hemin o tip ki, 40 manat cerimeni saga sola yazan emekdawlarin esaslandigi Madde 49 I bendinde veziyyetden asili olaraq dedikde nezerde tutulan tiplerdir.VI bendinde ise, bundan elave bawqa bir veziyyet haqqinda da qeyd olunur. Bu veziyyetde, hemin bu tip yol ve bu tip veziyyetde INTENSIV hereket zamani neqliyyat vasitelerinin hereket zolagini deyiwerek, yeni tekce sag zolaqla deyil, diger zolaqlarla da HEREKETINI DAVAM ETDIRE BILECEYI qeyd olunur ve bunun ucun wert kimi neqliyyat vasitesi duzune hereket edirse gosterilir. Yeni, ezizlerim, eger neqliyyat vasitesi duzune hereketi davam etdirirse, onun tekce sag zolaq deyil diger zolaqlarda hereket etmesine icaze verilir intensiv hereket veziyyetinde ve bu da hemcinin qayda pozuntusu sayilmir ve sag zolaqla hereket etmemisen diye 40 manata cerime yaziram kimi cerimelere esas deyildir!Cox heyif ki, bizim mehkeme, vekil ve umumiyyetle qanun sisteminin zeif interpretasiya olunmasi ucbatindan, bu cur bowluqlara ve diqqetsizliklere yol verili ve bu curde davam edilir. Qanunlarimiz ozu ozlukde cox demokratik, proqressiv ve duwunulmuw olsada, interpretasiyasi, tetbiqi zeifdir.