Azərbaycanda 3 vertolyot satışa çıxarıldı – 134 minə - FOTOLAR

Avtobazar 17 Avqust 2016 14:01 Oxunub 4826
Azərbaycanda 3 vertolyot satışa çıxarıldı – 134 minə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Komitəsi sentyabr ayında vertolyotların hərracını keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayında vertolyotların hərracını keçirəcək. Avtosfer.az-ın verdiyi məlumata görə, bununla bağlı məlumat komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumatda bildirilir ki, sentyabrın 14-də baş tutacaq hərraca çıxarılan vertolyotların sayı 3 ədəddir. “Azərbaycan Hava Yolları” QSC-nin balansında olan hava nəqliyyat vasitələrinin hər üçü ikinci dəfədir hərraca çıxarılır. Onların ikisinin buraxılış ili 1993-cü, biri isə 1991-ci ilə aiddir. Hər üç hava gəmisinin tipi Mİ-8 MTV1-dir.   

 

Zavod nömrəsi   Dövlət qeydiyyat nişanı  Start qiyməti    10% beh

                                                                         (manatla)          (manatla)

 

96109                         20152                             134271              13427

96122                         20153                             134323              13432

95627                         20154                             130023              13002

 

Qeyd edək ki, Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh