Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi - VİDEO

Yol polisi 26 Avqust 2016 00:28 Oxunub 7658
Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol polisi ilə ağsaqallın maraqlı videosu yayılıb

Yol polisi var ki, öz hərəkətləri, davranışı və əməlləri ilə öz paqon yoldaşlarının adına ləkə gətirir. Yol polisi də var ki, savadı, davranışı, insanlığı və digər yüksək göstəriciləri ilə cəmiyyətə nümunə olur. Avtosfer.az-ın kamerasına tuş gələn bu DYP inspektorunun etdiyi hərəkət də ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb. Addım atıb səkiyə qalxa və səkidən düşə bilməyən yaşlı kişinin çətinlik çəkdiyini görən inspektor dərhal ona yaxınlaşaraq yolu keçməsinə kömək edib. Görüntülər avqustun 15-də «20 Yanvar» dairəsində qeydə alınıb. Videodan da göründüyü kimi, yaşlı kişi yolu keçməyə çətinlik çəkir. Səkidən düşməyindən hiss olunur ki, keçidlə də hərəkət etmək ona çətin olardı. Yəni, pilləkənləri düşə bilməyəcəkdi. Buna görə də yolu keçiddən yox, bu hissədən keçməyə çalışır. Yol polisi əməkdaşı isə ağsaqqalın həyatını təhlükədən qoruyaraq yolda avtomobillərin hərəkətini dayandırıb onun qarşı tərəfə keçməsinə kömək edir.

Yol polisinin bu davranışını alqışlamaq lazımdır. Bu cür yaşlı insanları küçə və yollara nəzarətsiz buraxanlara isə demək istəyirik ki, bu, çox təhlükəlidir. Yaşlı insanları nəzarətsiz qoymaq faciə ilə nəticələnə bilər. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Senan 30 Avqust 2016 14:40
insan adamdi.halaldi