Bu halda sürücü avtobusa yol verməlidirmi? – DOĞRU CAVAB

Yarışma 17 Avqust 2016 08:07 Oxunub 3035
Bu halda sürücü avtobusa yol verməlidirmi? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sürücü dayanacaqdan hərəkətə başladıqdan dərhal sonra ikinci hərəkət zolağına çıxmalı olan avtobusa yol verməlidirmi?

A) Yol verməlidir;

B) Yol verməli deyil.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin V hissəsinə əsasən, yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Suala əlavə olunan şəkildə avtobus sürücüsü ona görə birbaşa 2-ci hərəkət zolağına çıxır ki, 1-ci zolaqda qəza dayanması etmiş avtomobil var və orada hərəkət mümkün deyil. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu vəziyyətdə sürücü dayanacaqdan hərəkətə başladıqdan dərhal sonra ikinci hərəkət zolağına çıxmalı olan avtobusa yol verməlidir. Suala ilk doğru cavabı Təranə Xudabaxşiyeva adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. 5666-dan hədiyyəni əldə etmək üçün  055 288 11 27 (Smsradar.az) nömrəsinə zəng etmək xahiş olunur.

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh