Dünyanın ən hündür şüşə körpüsü açılacaq – FOTO + VİDEO

Texnologiya 17 Avqust 2016 11:22 Oxunub 2360
Dünyanın ən hündür şüşə körpüsü açılacaq – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpü ümumilikdə 10 dünya rekordu müəyyənləşdirəcək

Avqustun 20-də Çinin mərkəzində yerləşən Hunan əyalətindəki Çjantszyatsze Milli parkında dünyanın ən uzun və ən hündür şüşə körpüsünün açılışı olacaq.

Avtosfer.az xəbər verir ki, körpü ümumilikdə 10 dünya rekordu müəyyənləşdirəcək.

Tikilinin uzunluğu və eni müvafiq olaraq 430 və 6 metr təşkil edəcək. 99 ədəd üçlaylı şəffaf şüşə panellərdən ibarət olan körpü iki qayanı birləşdirəcək və dərədən təxminən 300 m yüksəklikdə yerləşəcək.

Hər gün nəfəskəsici mənzərəni 8 min nəfər izləyə biləcək. Əyləncə kompleksinin təşkilatçılarının sözlərinə görə, bura gəlmək üçün azı bir gün əvvəldən bilet rezervasiya edilməlidir.

Qeyd edək ki, körpünün əsas konstruksiyasının tikintisi ötən ilin dekabrında başa çatıb. Onun möhkəmliyini sübut etmək üçün iyul ayında böyük şou təşkil edilib və 2 tonluq yük maşını şüşə qurğunun üstündən keçib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh