Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Texnologiya 17 Avqust 2016 11:59 Oxunub 1776
Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mo-szı" aparatı "Çançjen-2D" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb

Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in xarici KİV-ə istinadən məlumat verir ki, qədim Çin filosofunun şərəfinə adlandırılmış "Mo-szı" aparatı "Çançjen-2D" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb.

 

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

 

"Bu layihə qlobal miqyasda kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır" - Avstriya fiziki Anton Saylinqer deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh