Bakının bu prospektində svetoforlar gecə işləmir - VİDEO

Xəbərlər 24 Avqust 2014 01:13 Oxunub 1738
Bakının bu prospektində svetoforlar gecə işləmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə yerləşən 4 işıqfordan heç biri fəaliyyət göstərmir

Gecə saatlarında paytaxtın Xətai rayonunda, Nobel prospektilə Zığ şossesinin kəsişməsində işıqforlar işləmir. ANS-in məlumatına görə, buna görə də yolda hərəkət edən avtomobillər bir-birinin hərəkətinə mane olurdu. Hətta avtomaşınları idarə edən sürücülər qəza şəraiti yaratmaqdan belə çəkinmirdilər. Sürücülərin dediyinə görə, artıq üç gündür ki, burda yerləşən işıqforlar gecə saatlarında işləmir.

Məlumunuz olsun ki, sözügedən ərazidə yerləşən 4 işıqfordan həqiqətən heç biri fəaliyyət göstərmir. İşıqforun bir neçə gün işləməməsi və bizim gəlişimizlə əlaqədar fəaliyyət göstərməyi təəccüb doğurdu. Əgər yol hərəkətini tənzimləyən bu işıqforlar işləməsəydi, həqiqətən sözügedən ərazidə bədbəxt hadisə, baş verməsi gözlənilən idi. Çünki yüksək sürətlə şütüyən maşınlar, hətta piyadanı belə yol keçməsinə imkan vermirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh