Bu «07»-ni görənlər şoka düşür - FOTO

Avtobazar 21 Avqust 2014 02:42 Oxunub 6257
Bu «07»-ni görənlər şoka düşür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiyməti 12500 dollar olan «VAZ-2107» elanı yayılıb

Bu avtomobili görmədən keçməyin. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda avtomobil satışı ilə məşqul olan internet səhifələrinin birində qiyməti 12.500 dollar olan «VAZ-2107» elanı yer alıb. 2011-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib. Tüninq vasitəsilə ecazkar vəziyyətə gətirilən avtomobilin salonu xarici avtomobillərin salonundan seçilmir. Bu «VAZ-2107»-nin texniki hissəsində aparılan işlər də diqqət çəkir. Avtomobil zavod istehsalı olan 2107-lərdən fərqli olaraq ABS əyləc sistemi ilə təchiz olunub. Bundan əlavə avtomobilə 3 oyun kompüteri, 4 kamera, yağış sensoru, avtomotik şüşəqaldırıcılar, bort komputer və naviqasiya sistemi də quraşdırlıb.

Qeyd edək ki, mühərrik start-stop düyməsi ilə hərəkətə gətirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Z.G 10 Noyabr 2014 22:55
Rusun maşınına lap samolet mühəriyi ilə qanad bağlasan belə, yenə də bolt-qayka vedrəsi olaraq qalacaq