Mars müsabiqəsi üçün pul ayrıldı – NASA tərəfindən

Texnologiya 20 Avqust 2016 10:51 Oxunub 1813
Mars müsabiqəsi üçün pul ayrıldı – NASA tərəfindən
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qalib olan komandaya 1 milyon dollarlıq pul mükafatı veriləcək

NASA hazırladığı “R5” robotunu (“Robonot 5”) Marsda idarə edə biləcək heyət axtarır. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, NASA tərəfindən təşkil edilən yarışmaya qatılacaq komandalar “Robonot 5”-i Marsın çətin hava şəraitinə bənzər vəziyyətdə idarə edəcək.

Yarışma üçün müraciətlər artıq başlayıb. Birinci seçim turu sentyabr-noyabr aylarında olacaq. Finala çıxan komandaların adları dekabrda açıqlanacaq və təcrübələr 2017-ci ildə həyata keçiriləcək.

Komandalar robotu qum fırtınalarında idarə edib, kosmos avadanlıqlarını təmir edəcək.

Qalib olan komandaya 1 milyon dollarlıq pul mükafatı veriləcək.

Qeyd edək ki, NASA müxtəlif planetlərə R5 və oxşar robotları göndərərək, planetləri araşdırmağı planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh