Daha bir yol polisi avtomobili qəzaya düşdü - "VAZ" iki yerə bölündü - FOTOLAR

Xəbərlər 22 Avqust 2016 00:25 Oxunub 40472
Daha bir yol polisi avtomobili qəzaya düşdü - "VAZ" iki yerə bölündü  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbə o qədər güclü olub ki, «VAZ» iki hissəyə parçalanıb

Avqustun 19-da, səhər saatlarında Bakı-Şamaxı yolunda Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a şahidlər məlumat verib. Bildirilir ki, saat 08:30-da Dövlət Yol Polisi İdarəsinin Şamaxı postunun yaxınlığında «VAZ» markalı avtomobil başqa bir avtomobillə toqquşub. Zərbə o qədər güclü olub ki, «VAZ» iki hissəyə parçalanıb. Həmin vaxt ərazidə xidmət edən DYP əməkdaşları da qəzaya düşüb. Belə ki, 99 YP 822 dövlət nömrə nişanlı DYP avtomobili də zərbəyə tuş gələrək yoldan çıxıb. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib. Avtomobildə olan polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Digər avtomobillərdə isə ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh