Yolun ortasında özbaşınalıq - Tıxac yaradanlar - VİDEO

Qaydalar 22 Avqust 2016 00:57 Oxunub 1727
Yolun ortasında özbaşınalıq - Tıxac yaradanlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikintidə istifadə olunan kran düz yolun hərkət hissəsində quraşdırılıb

Yoldan tıxac yaranıb. Səbəb isə yolun hərəkət hissəsində kranın quraşdırılmasıdır. Bakı Sumqayıt yolunun Masazır dairəsi istiqamətində yolun sağ kənarında hündür mərtəbəli yaşayış binası tikililir.Tikintida istifadə olunan kran isə düz yolun hərəkət hissəsində quraşdırılıb.Belə vəziyyətdə isə yol daraldığından tıxac yaranır. Bununla yanaşı, hər an tikintidə istifadə olunan materialların yoldan keçən avtomobillərin üzərinə düşmə ehtimalı da var.

Problemlə bağlı tikinti aparan şirkətin iş icraçısı Tahir Abdullayev kranın yoldan götürüləcəyini bildirdi.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakı -Quba-Rusiya Federasiyası yolu beynəlxalq əhəmiyyətli yol olduğundan həmin yolub mühafizə zonasında ümumiyyətlə tikinti işlərinin aparılması qanunsuzdur.Bununla yanaşı,yolun hərkət hissəsində tikinti işlərində texnikanın istifadə olunmasına yalnız icazəni '' Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyəti və Dövlət Yol Polisi verə bilər. Bu zamanda bəzi qaydalar nəzərə alınmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh