Burada sürücü hansı qabaq işıq cihazını yandırmalıdır? - DOĞRU CAVAB

Yarışma 22 Avqust 2016 17:10 Oxunub 3269
Burada sürücü hansı qabaq işıq cihazını yandırmalıdır? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual işıq cihazlarından istifadə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Süni işıqlanma olan tuneldə hərəkət edən avtomobilin sürücüsü hansı qabaq işıq cihazını yandırmalıdır?

A) Faraların yaxın və ya uzaq işıqlarını;

B) Gündüz hərəkət işıqlarını və ya qabaq duman faralarını;

C) Qabarit işıqları və qabaq duman faralarını.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin III hissəsinə əsasən, tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində faraların yaxın və ya uzaq işıqları yandırılmalıdır. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Süni işıqlanma olan tuneldə hərəkət edən avtomobilin sürücüsü faraların yaxın və ya uzaq işıqlarını yandırmalıdır.

Suala ilk doğru cavabı Abdulla adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh