Lənkəranski ilə maşında güllələnən azərbaycanlının kimliyi bilindi

Gündəm 22 Avqust 2016 19:12 Oxunub 30463
Lənkəranski ilə maşında güllələnən azərbaycanlının kimliyi bilindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzun illər Ukraynada yaşayan Axundov Rövşən Lənkəranskinin qohumudur

İstanbulda avqustun 18-də, Beşiktaş səmtində güllələnən azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevlə birlikdə iki nəfər də olub. Onlardan biri Türkiyə vətəndaşı, ilk olaraq iş adamı kimi mətbuatda təqdim olunan və R.Lənkəranskini xəstəxanaya yola salan Tahir Can olduğu məlum oldu. Lakin 3-cü şəxsin kimliyi gizli qaldı. Avtosfer.az xəbər verir ki, criminal.az saytı Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxsin kimliyini araşdırıb. Mənbənin verdiyi məlumata görə, həmin şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi. M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh