Azərbaycanda həkimin 8 yaşlı qızı faciəvi şəkildə öldü - VİDEO

Qaydalar 23 Avqust 2016 00:39 Oxunub 12309
Azərbaycanda həkimin 8 yaşlı qızı faciəvi şəkildə öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Banuçiçək Fətəlizadə dəfn edilmək üçün doğulduğu Astara rayonuna aparılıb

Qaxda 8 yaşlı qızı avtomobil vuraraq öldürüb. Avtosfer.az Region TV-yə istinadən xəbər verir ki, Qax şəhər sakini 34 yaşlı Mehman Muxtarov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə şəhərin Axundzadə küçəsi ilə hərəkətdə olarkən həmin küçədə yaşayan 8 yaşlı Banuçiçək Fətəlizadəni vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya həkimlər ilkin yardım göstərsələr də 8 yaşlı qız aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, Banuçiçək Fətəlizadənin atası Cavid Fətəlizadə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin həkimidir. Banuçiçək Fətəlizadə dəfn edilmək üçün doğulduğu Astara rayonuna aparılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh