Avtomobillərdə bu hərflər olan nömrələr yığışdırılacaq

Avtoxəbər 23 Avqust 2016 01:20 Oxunub 43710
Avtomobillərdə bu hərflər olan nömrələr yığışdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb həmin hərflərin Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır

Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq. "Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır. Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh