Daha bir sürücü-polis mübahisəsi - Əlini çək ə - VİDEO

Yol polisi 25 Avqust 2016 00:02 Oxunub 29913
Daha bir sürücü-polis mübahisəsi - Əlini çək ə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edir

Atmosferi çirkləndirən, yollarda təhlükə yaradan avtomobilləri müəyyən etmək üçün reydlər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi və Ağstafa Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının birgə keçirdiyi reyddə 50 nasaz minik vasitəsi aşkarlanıb. Amma keçirilən reyddə əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edib, onlardan biri hətta DYP əməkdaşı ilə əlbəyaxa da olub. Polislə razılaşmayan sürücülər avtomobillərinin normal vəziyyətdə işlədiyini, yoxlama qurğularının düzgün işləmədiyini bildiriblər.

Ağstafa DYPB-nin inspektoru Asif Qasımov son 20 gündə 300-ə yaxın avtomobil saxlandığını, bunlardan 50-də havaya buraxılan dəm qazının normadan artıq olduğunun üzə çıxdığını bildirib.

Bundan başqa, reyd zamanı 1 nəfər avtoxulığa görə saxlanılıb. Onun barəsində protokol tərtib edilərək işi məhkəməyə göndərilib.

Qeyd edək ki, reydlər ayın sonuna qədər davam edəcək.(report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh