Tozsorandan yarım milyon avro çıxdı

Maraqlı 25 Avqust 2016 00:23 Oxunub 1484
Tozsorandan yarım milyon avro çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zibil atanlar pulları yığaraq polisə təqdim ediblər

Polşanın Kolobjet şəhərindəki zibilxananın işçiləri köhnə tozsoran və müsiqi səsgücləndiricilərində  ümumilikdə 500 min avroya yaxın pul aşkar ediblər. Bu barədə Trend Polşanın "MetroCafe.pl" potalına istinadən xəbər verir. Portal yazır ki, zibilin emalı zamanı əskinazlar nəqliyyat zolağının üstünə səpələnib. Zibil atanlar pulları yığaraq polisə təqdim ediblər. Hüquq-mühafizə orqanları isə operativ şəkildə pulların sahibini müəyyənləşdirib. İtmiş əmanətin sahibi də həmin vaxt polisə müraciət edib. O, atılmış tozsoran və səsgücləndiricinin təsvirini və əşyaların tullanma tarixini müraciətində qeyd edib.  Polis isə itmiş əmanəti ona geri qaytarıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh