Şamaxıda yolun 6 km-i «yeyilib?» - FOTOLAR

Xəbərlər 25 Avqust 2016 01:00 Oxunub 1746
Şamaxıda yolun 6 km-i «yeyilib?» - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağ Göylər kənd sakinlərinin şikayətinə «Azəravtoyol»dan cavab verildi

12 mindən çox əhalisi olan Şamaxı rayon Dağ Göylər kəndi yolsuzluqdan əziyyət çəkirlər. Belə ki, bu kənddən Çöl Göylərə kəndinə gedən yola asfalt örtüyünün salınması nəzərdə tutulsa da, tikinti davam etdirilməyib. Bu sözləri Dağ Göylər kənd sakini Emrah Əhmədov bildirib. Onun sözlərinə görə, sakinlər “Azəravtoyol” ASC-nin onların kəndindən keçən yolun inşasını dayandırmasından şikayətçidirlər. “Burada 2015-ci ilin sentyabrın 3-dən yol tikintisinə başlanıb və xəritədə göstərilən kimi, yolun 6 km-lik hissəsini asfaltlamadan çıxıb gediblər. Sənədlərdə isə başqa kəndin şəkillərini göstərərək guya yolu bitirdiklərini bildiriblər və  bununla da məsələni həll ediblər. Millət isə burada toz içində boğulur, yağış yağanda palçıq olur, maşınlar çox pis hala düşür. Hec olmazsa, göstərilən 1 km-lik hissəni bərpa edərdilər”. 

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Bizim Yol”-a bildirib ki,  yolun inşası hələ başa çatmayıb: “Bu yol daxili investisiya hesabına maliyyələşən layihədir. Orada müəyyən işlər görülüb. Hazırda 5-6 km-lik yol qalıb, həmin hissədə yol tikintisi işləri davam etdilir”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh