Kim harda kölgəlik tapdı, orda günəşdən qorunmağa çalışır - VİDEO

Xəbərlər 26 Avqust 2016 08:47 Oxunub 1530
Kim harda kölgəlik tapdı, orda günəşdən qorunmağa çalışır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyçayda köhnə avtovağzal yenisinin tikilməsi nəzərdə tutularaq sökülüb

Kim harda kölgəlik tapdı, orda günəşdən qorunmağa çalışır. Bəziləri isə bu qızmar istidə avtobusun içində gözləməli olurlar. Avtovağzalın olmaması sərnişin və sürücüləri açıq havada günəş şüaları altında qalmağa məcbur edir. Kadrlar Göyçay rayonundandır. Rayon ərazisində olan avtovağzal söküldüyündən marşrut avtobuslarının yeri dəyişdirilib. Hazırda müvəqqəti salınan avtovağzalda isə heç bir şərait yoxdur.

Xüsusilə də isti havalarda gözləmə zalının olmaması sərnişinlərin narazılığına səbəb olur. Göyçay rayon Avtovağzalının dispetçeri Mais Osmanov bildirdi ki, hazırda yeni müasir avtovağzalın tikilməsi üçün lahiyə-plan hazırlanır.

Qeyd edək ki, Göyçay avtovağzalından kəndlərlə yanaşı, Bakı, Ucar, İsmayıllı, Mingəçevir, Gəncə, Zərdab, Şamaxı və Ağcəbədi istiqamətlərinə də marşrut avtobusları hərəkət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh