Bakının bu küçəsində hər gün qəza baş verir; nişanlar görünmür - FOTOLAR

Yazarlar 26 Avqust 2016 01:55 Oxunub 3829
Bakının bu küçəsində hər gün qəza baş verir; nişanlar görünmür - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol nişanları görünmür, kamera yox, svetofor isə sürücüləri çətin vəziyyətə salır

Bakıda bu küçədə hər gün yol qəzası baş verir. Söhbət Ceyhun Hacıbəyli küçəsi ilə Hənifə Ələsgərov küçələrinin kəsişməsindən gedir. Burada hətta bir gündə bir neçə qəza da qeydə alınır. Ərazidə yaşayan sakinlərin Avtosfer.az-a bildirdiyinə görə, bu yolayrıcında yol nişanlarının əksəriyyəti ağacların arasında görünmür. Eyni zamanda, svetoforlar da düzgün tənzimlənmir. Bununla bağlı aidiyyatı orqanlara dəfələrlə müraciət olunduğunu deyən sakinlər bildirir ki, hələ ki, heç bir tədbir görülmür. Ərazidə müşahidə kamerası da yoxdur. Nişanlar görsənmədiyi, svetofor düzgün tənzimlənmədiyi halda yol polisləri burada hər gün onlarla sürücünü cərimələyir. Elə buna görə də, hər gün sözügedən kəsişmədə yol qəzaları baş verir. Avqustun 23-də, saat 16:40 radələrində həmin kəsişmədə «Porcshe» markalı, 90 ZC 501 dövlət nömrə nişanlı avtomobillə «Hyundai Tucson» markalı, 90 CN 171 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qadın sürücünün idarə etdiyi «Hyundai» «Porsche»ni tən ortadan vurub. Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Şahidlər bildirir ki, bu hadisədən yarım saat əvvəl həmin ərazidə yenə də qəza baş veribmiş. Çünki svetoforun işıqları sürücüləri çaşdırır: «Svetoforun birində sarı işıq yanmağa başlayanda o birində artıq yaşıl işıq yanır. «Porsche» sarı işıqda hərəkəti davam etdirib, bu zaman «Hyundai» yaşıl işıq yandığı üçün hərəkətə başlayıb və qəza baş verib. 

Avqustun 25-də saat 16:50 radələrində isə həmin kəsişmədə yenə yol qəzası baş verib. Şahidlərin Avtosfer.az-a verdiyi məlumata görə, «Hyundai» markalı avtomobil 99 A 044 dövlət nömrə nişanlı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü ağır xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh