Bakıda evakuatordan təhlükəli addım – FOTOLAR

Xəbərlər 22 Avqust 2014 17:21 Oxunub 2216
Bakıda evakuatordan təhlükəli addım – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özündən ağır yük maşınının daşıyan evakuatorun bu fotoları DYP binasının qarşısında çəkilib

Bu fotolar bir neçə gün əvvəl Səbail rayonu ərazisində çəkilib. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi fotolardan aydın olur ki, evakuator özündən ağır olan «ZİL» markalı yük maşınını daşıyır. Fotonun çəkildiyi yer isə daha maraqlıdır; Salyan yolu şosesi, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin binasının qarşısı. Fotolardan o da görünür ki, «ZİL» evakuatora normal yüklənməyib və sağ tərəfə aşmaq meyli var.

Bu faktın özü evakuasiya xidmətindəki nöqsanların hələ də mövcudluğunu göstərir. Bütün hallarda, puldan ötəri təhlükəli vəziyyətdə və özündən ağır yük maşınını daşıyan evakuator sürücüsü başqalarına nə kimi təhlükə yaratdığının fərqlində olmalıdır. 

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh