Sərxoş sürücü polisləri aldatmaq istədi - FOTO + VİDEO

Yol polisi 26 Avqust 2016 14:21 Oxunub 4710
Sərxoş sürücü polisləri aldatmaq istədi - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan R.Həşimov əməlindən peşman olduğunu bildirib

Şamaxı sakini sərxoş halda 102 qaynar xəttinə zəng edərək polis əməkdaşlarına səhv məlumat verib. Avtosfer.az Regiontv-yə istinadən xəbər verir ki, 35 yaşlı Raqib Həşimov sərxoş halda Şamaxıdan paytaxta üz tutub. Burada da əlavə spirtli içki qəbul edən R.Həşimov 102 qaynar xəttinə zəng edərək polis əməkdaşlarını aldadıb. İçkili şəxs ona məxsus çantadan 5 ədəd mobil telefonun, sənədlərin və 1200 manat pulun oğurlandığını bildirib. Amma polis əməkdaşları aydınlaşdırıb ki, R.Həşimovun itirdiyi pul 1200 manat deyil, 5 ədəd 1 manatlıq və qəpiklər olub. Həmin məbləği isə digər əşyalarla birlikdə polis əməkdaşları elə Raqibin sərxoş olub yatdığı ağacın altından taparaq, özünə təhvil veriblər.

Saxlanılan R.Həşimov əməlindən peşman olduğunu bildirib.

Məlum olub ki, R.Həşimov bundan öncə də məhkumluq həyatı yaşayıb. Sərxoş sürücünün hərəkətlərinə isə hüquqi müstəvidə qiymət veriləcəyi bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh