Yol polisi ilə 1 aprel zarafatı

Yol polisi 22 Avqust 2014 17:31 Oxunub 3456
Yol polisi ilə 1 aprel zarafatı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağa dönürsənsə, sola dönmə işığını niya yandırmısan?

Avtosfer.az saytı yol polisləri ilə bağlı daha bir maraqlı lətifəni oxucularla bölüşür. Bu, olmuş hadisədir. Yol polisi ilə 1 aprel zarafatı edən sürücü başına gələn hadisəni Avtosfer.az-a danışıb:

Günlərin bir günü yolla gedən avtomobilin sürücüsü arxadan yol polisi maşınının yaxınlaşdığını görüb dayanmaq istəyir. Lakin yol polisi ilə zarafat etmək məqsədilə sağa dönmə işığını yandırmaq əvəzinə sola dönmə işığını yandırır. Bir qədər hərəkət etdikdən sonra yolun sağında maşını saxlayır. Bunu görən yol polisi sürücüəyə yaxınlaşıb deyir:

- Sənədlərinizi təqdim edin.

- Niyə rəis? Nə etmişəm ki?

- Sağa dönərkən sola dönmə işığını yandırmışdın. İçmisən?

Sürücü gülümsəyib cavab verir:

- Rəis, 1 apreldi də, özüm qəsdən yandırdım ki, sizi aldadım, o da alınmadı.

Bu cavabdan sonra yol polisi güdümsəyərək sürücüyə «yaxşı yol» deyir.

 


Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh