Yol qəzasında 13 yaşlı uşaq öldü

Qəzalar 27 Avqust 2016 11:36 Oxunub 950
Yol qəzasında 13 yaşlı uşaq öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.Az APA-ya istinadən bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 51-ci kilometrliyində, Kürdəmirin Muradxan kəndi ərazisində qeydə alınıb. Rayonun Mollakənd sakini Coşqun Qərib oğlu İsayevin idarə etdiyi "Nissan İnfiniti" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən rayonun Ərəbxan kənd sakini, 67 yaşlı Ağamusa Qəni oğlu Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Nəticədə sürücü, onun 42 yaşlı oğlu Mahmud Mahmudov, 13 yaşlı nəvəsi Elməddin Mahmudov və həmkəndliləri, 13 yaşlı Ağamir Məcid oğlu Mirzəyev ağır xəsarət alıblar.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, 13 yaşlı E. Mahmudov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.     

ŞƏRH YAZ
Ad

E-mail

Şərh