Azərbaycanda iki avtomobil yandı

Qəzalar 28 Avqust 2016 22:54 Oxunub 1038
Azərbaycanda iki avtomobil yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Quba yolunda “Shacman”, Qaradağda "QAZ" yanıb

Bakı-Quba yolunda yük maşını yanıb. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yolun 42-ci kilometrliyində vətəndaşa məxsus “Shacman” markalı yük avtomobilinin 8 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qaradağ rayonunda isə “QAZ” yanıb. FHN-nin xəbərinə görə, Qaradağ rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh