Acun da o körpüdə selfi çəkdi - FOTO

Yeniliklər 28 Avqust 2016 22:56 Oxunub 1403
Acun da o körpüdə selfi çəkdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, Bosfor boğazı üzərində dünyanın ən geniş körpüsü kimi tarixə düşəcək

Avqustun 26-da Türkiyədə Bosfor boğazı üzərində dünyanın ən geniş körpüsü kimi tarixə düşəcək “Yavuz Sultan Səlim” adlandırılan üçüncü körpünün açılışı olub. artıq sosial şəbəkələrdə insanların körpüdə çəkdirdiyi şəkillər geniş şəkildə yayılıb. Aparıcı Acun Ilıcalı da bu karvana qoşularaq körpüdə çəkdirdiyi selfini İnstaqram hesabında paylaşaraq ““Yavuz Sultan Səlim” körpüsünün açıldığını dedilər, qaçıb gəldik. Möhtəşəm bir əsər. Vətənimizə xeyirli olsun” şərhini yazıb.

Xatırladaq ki, körpünün açılış mərasimdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər rəsmi şəxslər iştirak edib. Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü 320 metrdir. Layihənin dəyərinin 3 milyard dollar olduğu bildirilir.

 

“Qafqqazinfo”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh