Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Qəzalar 29 Avqust 2016 01:32 Oxunub 1116
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-2106” və “Niva” markalı avtomobillər toqquşub

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb. “VAZ-2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” da olan iki qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh