Bu yolda avtomobili kim necə gəldi sürür - VIDEO

Qaydalar 29 Avqust 2016 01:41 Oxunub 1531
Bu yolda avtomobili kim necə gəldi sürür - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət Bakı-Quba-Rusiya Federasiyası yolunun Ceyranbatan qəsəbəsi istiqamətindən gedir

Qəza baş verir, tıxac yaranır. Bu yolda avtomobili kim necə gəldi sürür. Söhbət Bakı-Quba-Rusiya Federasiyası yolunun Ceyranbatan qəsəbəsi istiqamətindən gedir. Belə ki,əvvələr Paytaxtdan Sumqayıt istiqamətinə hərəkət edən avtomobillər Ceyranbatan qəsəbəsinə daxil olmaq üçün giriş hissədən bir neçə metr aralıda olan bu yerdən dönərək qəsəbəyə gedirdilər. Ancaq Ceyranbatan qəsəbəsindən Saray postuna doğru 1 kilometr məsafədə yolda təmir işləri getdiyindən əvvələr dönməyə icazə verilən bu yer daş löhvələrlə bağlanıb ki, buradan da keçmək mümkün olmur. Sürücülər isə Sumqayıt istiqamətindən gələn avtomobillərin yoluna daxil olub qəsəbəyə gedirlər.Belə vəziyyətdə isə, xüsusən axşam saatlarında tıxac yaranır. Sürücülər deyir ki, problem tək tıxacla bitmir. burada tez tez yol nəqliyyat hadisəsi baş verir.

Problemlə bağlı ''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki,yolda problemin yaranmasına səbəb elə sürücülərin özləridir.Çünki, həmin ərazidə Bakı istiqamətindən gələn sürücülərin qəsəbəyə daxil olaraq həm digər nəqliyyat vasitələrinə mane yaratmaması ,həm də yolda sıxlığın yaranmaması üçün əraziyə manelər qoyulmuşdu. Onlar ,ancaq bir neçə metr aralıda olan yol ötürücüsünün üzərindən hərkət etməklə qəsəbəyə daxil ola bilərdilər. Bununla belə əməkdaşlar əraziyə baş çəkib məsələni yerində araşdırıacaqlar. Ehtiyac olduğu təqdirdə hərəkət istiqamətində dəyişiklik edilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh