Ərəb turist Azərbaycanda yol qəzası törətdi

Gündəm 29 Avqust 2016 01:44 Oxunub 3861
Ərəb turist Azərbaycanda yol qəzası törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbələdə turist maşını arxaya verərkən başqası ilə toqquşub

Qəbələdə istirahətə gələn ərəb idarə etdiyi avtomobillə qəza törədib. Bu barədə Avtosfer.az-a Qəbələ rayon Dövlət Yol Polisi Bölməsindən məlumat verilib. Bildirilib ki, turistlərdən biri icarəyə götürdüyü avtomobillə arxaya hərəkət edərkən «VAZ» markalı avtomobillə yüngül toqquşub. Hadisə yerinə gələn DYP əməkdaşları məsələni araşdırıb, hadisəni sənədləşdirib və ərəb turist barəsində inzibati protokol tərtib olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillə cüzi ziyan dəyib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh