Hərbçi ilə polisin avtomobili toqquşdu: yaralılar var

Gündəm 21 Aprel 2014 00:00 Oxunub 1665
Hərbçi ilə polisin avtomobili toqquşdu: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdirilib

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnə yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində Milli Ordunun hərbçisi, Xudaverdiyev Ceyhun Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” ilə Bərdə rayon Polis Şöbəsinin əməkdaşı, Salahov Fərman Şamil oğlunun sürdüyü “Mercedes” toqquşub. Nəticədə hər iki sürücü, eləcə də “VAZ 2106”da olan 2 sərnişin: Ələsgərov Bəxtiyar Məzahir oğlu və Ələsgərov Səbuhi Mürşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh