Kaş bütün sürücülərin davası belə bitəydi - VİDEO

Avtoxəbər 23 Avqust 2014 01:33 Oxunub 5576
Kaş bütün sürücülərin davası belə bitəydi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyyatlı sürücü əsəblərini sakitləşdirmək üçün orijinal üsula əl atıb

Fransada baş verdiyi güman olunan bu hadisənin bizim yerli sürücülərə örnək ola biləcəyini düşünüb videonu təqdim edirik. Avtosfer.az-ın verdiyi məlumata görə, Fransada sürücülər ötmə əməliyyatı zamanı bir-birlərinə qəzəblənərək əlbəyaxa olurlar. Bu zaman qayda pozuntusuna yol verən sürücü maraqlı üsula əl atır. O, maşının baqajından boks yastığı çıxararaq yerə atır və yumruq-təpik vurmaqla öz hirsini soyudur. Sonra isə digər sürücünü də hirsini bu cür çıxarmağa dəvət edir. Nəticədə hər iki sürücü yastığı təpikləyib əsəblərini sakitləşdirir və bir-biri ilə əl tutaraq görüşüb ayrılırlar.

Bu videodan sonra bu qənaətə gəlmək olar ki, sürücülər arasında psixoloji gərginlik təkcə Azərbaycanda deyil, dünyanın hər yerində var. Sadəcə, bu gərginliyi aradan qaldırmağın yollarını tapmaq lazımdır. Bunu isə başqası yox, elə siz özünüz tapmalısınız. Videonu diqqətlə izləyib nəticə çıxarmağa dəyər.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh