Polis intihara cəhd edən şəxsi qatarın altından çıxardı – VİDEO

Qaydalar 29 Avqust 2016 22:11 Oxunub 2052
Polis intihara cəhd edən şəxsi qatarın altından çıxardı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mən sadəcə ölmək istəyirəm, mən sadəcə ölmək istəyirəm!”

Nəqliyyat polisinin 41 yaşlı əməkdaşı Viktor Ortiz platformada qeyri-adekvat davranan sərnişin haqqında məlumat alıb. Bu barədə ABC məlumat yayıb. Məlumata görə, ABŞ-ın Nyu-Cersi ştatının Sekokus şəhərində polis sürətlə gələn qatarın təkərləri altından kişini xilas edib. Viktor Ortiz platformada qeyri-adekvat davranan sərnişin haqqında məlumat alıb. O, “Mən həbsxanaya getməyəcəm, mən həbsxanaya getməyəcəm!” qışqıraraq relslərin üstünə atılaraq irəliləməyə başlayıb. Zabit tezliklə qatarın yaxınlaşacağına baxmayaraq, onun ardınca gedib. Sərnişin yaxınlaşan qatarı görüb diz üstə oturaraq “Mən sadəcə ölmək istəyirəm, mən sadəcə ölmək istəyirəm!” deyib. Ortiz onun qolunu qandallayaraq intihara cəhd edən şəxsi relslərdən uzaqlaşdırmağa çalışıb. Amma o, müqavimət göstərib. Buna baxmayaraq polis onu qatarın yaxınlaşmasına saniyələr qalmış kənara çəkməyə müvəffəq olub. 

 

Oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh