Roma Papasına PUA hədiyyə edib - Zukerberq

Gündəm 30 Avqust 2016 11:21 Oxunub 935
Roma Papasına PUA hədiyyə edib - Zukerberq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik"

"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Roma Papası Fransisk ilə görüşdə ona qeyri-adi hədiyyə təqdim edib. Belə ki, hədiyyə hətta dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) olub.

Avtosfer.az xəbər verir ki, bu barədə bu barədə M.Zukerberqin özü "Facebook" səhifəsində yazaraq Papa ilə şəklini paylaşıb.

"Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisiylə işləyən "Aquila" modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq", - deyə M.Zukerberq yazıb.

O, bu görüşü heç vaxt unutmayacaqlarını və həyat yoldaşı ilə birlikdə Papanın insanlara yardım haqqında necə dərindən düşündüyünü hiss etdiklərini qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh