Qadınlar qəzaya düşdü: Ölən var – VİDEO (18+)

Avtoxəbər 30 Avqust 2016 11:25 Oxunub 3682
Qadınlar qəzaya düşdü: Ölən var – VİDEO (18+)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Novxanı yolunda

Azərbaycanda dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-in əldə etdiyi məlumata görə, hadisə Novxanı yolunda qeydə alınıb. 

Qəzaya səbəb “Kia Optima” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Belə ki, qadın sürücünün idarə etdiyi “Kia” qarşı yoldan gələn “Toyota Camry” ilə toqquşub. Qəza zamanı “Kia”da olan iki qadın və “Toyota Camry”dəki sürücü yaralanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzadan sonra “Kia”da olan qadınlardan biri dünyasını dəyişib, digər xanım sərnişinin isə ayağı dizdən sınıb. “Toyota Camry”nin sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh