Avtomobil piyadanı vuraraq öldürüb - Qubada

Qəzalar 30 Avqust 2016 13:24 Oxunub 1101
Avtomobil piyadanı vuraraq öldürüb - Qubada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib və orada ölüb

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.  Quba şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi "Mercedes" və Mayıl Yusifovun idarə etdiyi "Hundai" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "Hundai" markalı avtomobil yoldan çıxaraq piyada Nəzərşah Əmirbəyovu vurub.  Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, həkimlərin müdaxiləsinə baxmayaraq orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh