Bakıdakı avtobusda sərnişin “şou”su - VİDEO

Qaydalar 30 Avqust 2016 23:15 Oxunub 2152
Bakıdakı avtobusda sərnişin “şou”su - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin hoqqabazlıq etdi, sürücü işdən qovulacaq

Hələ də avtobuslarda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır. Təbii ki, bu məsələdə sərnişinlərin də günahı az deyil, həyatlarını təhlükəyə atırlar. Sürücü isə buna mane olmaq əvəzinə, qayda pozuntusuna şəraitdə yaradır. Hətta avtobus sərt döngədən dönməsinə baxmayaraq, qabaq qapıdan sallanan sərnişin bir ayağını havada yellədir. Görüntülər Zabrat qəsəbəsi və "Koroğlu" metrostansiyasi istiqamətinə hərəkət edən 198 saylı marşurt avtobusundandır. Arxada hərəkət edən avtomobildə mobil telefonla qeydə alınan görüntülərdə həm avtobusun sürücüsü, həm də sərnişinlər qayda pozuntusuna yol verirlər.

Məsələ ilə bağlı 198 saylı marşurt xətlərinin sahibkarı Əlibaba bildirib ki, faktla bağlı araşdırma aparılacaq və sürücü aşkar edilərək cəzalandırılacaq. Onun cəzası isə işini itirmək olacaq.

Avtosfer.az videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh