Sürücülər bu yolayrıcını hansı ardıcıllıqla keçməlidirlər? - DOĞRU CAVAB

Yarışma 31 Avqust 2016 08:25 Oxunub 8243
Sürücülər bu yolayrıcını hansı ardıcıllıqla keçməlidirlər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücülər bu yolayrıcını hansı ardıcıllıqla keçməlidirlər?

a) Əvvəl A avtomobil, sonra B avtomobil keçməlidir;

b) Əvvəl B avtomobil, sonra A avtomobil keçməlidir;

c) Belə vəziyyətdə sürücülər qarşılıqlı razılaşmaya uyğun olaraq yolayrıcını keçməlidirlər.

Sualın doğru cavabı belədir: Şəkildə baş yolla kəsişən ikinci dərəcəli yol verilmişdir. Sadəcə olaraq ikinci dərəcəli yolun kəsişən istiqamətlərindən biri üzrə görünmə məhdud olduğundan həmin tərəfdə 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı qoyulmuşdur. Beləliklə, yolayrıcında terayektoriyaları kəsişən avtomobillərin hər ikisi ikinci dərəcəli, yəni bir-birinə münasibətdə eyni əhəmiyyətli yoldadırlar. “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin IV hissəsinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu yolayrıcını əvvəl B avtomobil, sonra A avtomobil keçməlidir.

Suala ilk doğru cavabı İsmayıl adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh